13 C
Baku
Tuesday, May 7, 2024

“Süni intelekt bazarı hər il 37%-dən çox böyüyür” – Sahib Ələkbərov

Süni intellekt bazarı 2022-ci ildə 136 milyard dollar dəyərində qiymətləndirilib və 2023-cü ildən 2030-cu ilə qədər bu bazarın illik 37.3% nisbətində böyüyəcəyi gözlənilir.

Bunu “Yeni nəsil iqtisadiyyatda süni intelekt: çağırışlar və imkanlar” adlı tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, Dünya İqtisadi Forumu tərəfindən Süni intellekt əsaslı həllərin satınalmaları zamanı istifadəsi tövsiyə olunan Təlimatlar ekosistemin formalaşdırılması istiqamətində önəmli addımlardan biri kimi qiymətləndirilə bilər.

“Süni intellekt həllərini satın almaq istəyən qurumlara faydalı çərçivə təmin edə, əlavə olaraq növbəti mərhələlərdə sözügedən proseslərdə standartların formalaşdırılmasına və bu sahədə tənzimləyici nəzarəti həyata keçirən dövlət qurumlarının fəaliyyətinə də önəmli töhfə verə bilər” – Sahib Ələkbərov əlavə edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər