10 C
Baku
Friday, December 13, 2024

Supermarketlərin marketinq fəndləri

Artıq hər birimiz bu hala adət etmişik: mağazalarda ən bahalı məhsullar daha əlçatan rəflərdə, nisbətən ucuz məhsullar isə ya yüksək, ya da ən aşağı rəflərdə yerləşdirilir. Təbii ki, bu məhsullar təsadüfən belə yerləşdirilməyib və burada məqsəd sizi daha bahalı məhsulu almağa sövq etməkdir.

Bu fəndləri müştərilərlə münasibətdə ədalətli adlandırmaq olmaz. Lakin buna baxmayaraq bu fəndlərdən bütün dünyada fəal olaraq istifadə edilir. Siz də ticarətlə məşğul olursunuzsa bu fəndlərdən uzaq olmağınız mümkün olmayacaq. Bununla belə, bu fəndlərin hamısından eyni anda istifadə etmək də lazım deyil və bəzilərini istisna etmək daha məqsədə uyğundur.

Parlaq rənglər

Solğun rənglər diqqəti özündən kənarlaşdırdığı halda, parlaq, belə desək “isti” rənglər əksinə olaraq diqqət cəlb edir. Araşdırmaçılar bu faktı artıq çoxdan sübut etmişlər. Buna görə də, müştərini mağazanızda daha uzun müddət saxlamaq istəyirsinizsə, mağazanın divarlarını parlaq rəngə boyayın.

Musiqi

Böyük supermarketlərdə daim musiqi eşitmək olar. Adətən bu musiqi həzin olsa da, onu hər yerdə eşitmək mümkündür.  Digər tərəfdən o qulağı yormur, dincəlməyə kömək edir və musiqinin müşayiəti ilə seçim etməyə kömək edir. Supermarketlərdə səslənən musiqi yorucu olmayan olmalı və müştərinin rahatlaşmasına xidmət etməlidir.

Kassa yanında kiçik məhsullar satılan guşə

Bu ən geniş yayılmış fənddir. Kassanın yanında ən müxtəlif kiçik məhsulların satıldığı guşə olmalıdır, məsələn, şokolad, saqqız, danışıq kartları və s.  Bunlar belə desək, “gözlənilmədən edilən” alış-verişlərdir. Bununla yanaşı, kassa önündəki növbə çox ləng hərəkət edir, insan isə daim öz qarşısındakı məhsulu görəcək və hər bir 10-cu müştəri mütləq olaraq nə isə alacaq.

2 al 1 ödə!

Satılmayan məhsulları satmağın ən yaxşı yollarından birir. Alıcılara eyni məhsulu, lakin başqa şərtlərlə almağı təklif edin.

Ən vacib məhsullar

Ən çox tələbat olan məhsulları – çörək, süd məhsulları, yumurta və s. ni bir-birindən uzaqda yerləşdirmək lazımdır. Gündəlik məhsulları almağa gələn müştəri onları almaq üçün daha çox şöbələri gəzməli olacaq.

Böyük zənbillər

Zənbil nə qədər böyük olarsa, bir o qədər yaxşıdır. Müştəri zənbilin dolu görünməsi üçün daha çox məhsul alacaq.

Aclıq hissindən istifadə

Müxtəlif ətirli qoxular sayəsində insanda aclıq hissini yaratmaq müştərinin daha çox məhsul almasına sövq edir. Bu səbəbdən də, qənnadı və kulinar şöbələr məhz çıxışa yaxın yerləşdirilməlidir.

Son xəbərlər
Digər xəbərlər