26 C
Baku
Saturday, July 27, 2024

“Suqovuşan” da istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Yenidən fəaliyyətə başladığı dövrdən 01.10.2023-cü il tarixinədək Tərtər çayı üzərində derivasiya tipli “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında ümumilikdə 21.8 milyon kVt∙st elektrik enerjisi istehsal edilib.

Bu barədə Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib.

Qeyd olunur ki, “Suqovuşan-1” KSES ümumi gücü 4,8 MVt olmaqla, hər biri 1.6 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan, “Suqovuşan-2” KSES isə ümumi gücü 3 MVt olmaqla, hər biri 1 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir.

“3 il öncə – 2020-ci ilin 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan kəndi işğaldan azad edilib. Qısa vaxtda burada quruculuq, təmir-bərpa işlərinə start verilib.

3 oktyabr 2021-ci il tarixində Tərtər çayı üzərində derivasiya tipli “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

“Suqovuşan-1” KSES ümumi gücü 4.8 MVt olmaqla, hər biri 1.6 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan, “Suqovuşan-2” KSES isə ümumi gücü 3 MVt olmaqla, hər biri 1.0 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir.

Yenidən fəaliyyətə başladığı dövrdən 01.10.2023-cü il tarixinədək hər iki stansiyada ümumilikdə 21.8 milyon kVt∙st elektrik enerjisi istehsal edilib”, – paylaşımda qeyd olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər