8 C
Baku
Thursday, December 12, 2024

Sürəyya Ağaoğlu – Türkiyənin ilk qadın vəkili

Doğum tarixi : 1903-cü il

Doğum yeri: Şuşa, Azərbaycan

Vəfatı: 29 dekabr 1989-cu il

Vəfat yeri: İstanbul, Türkiyə

Sürəyya xanım Əhməd bəy qızı Ağaoğlu (1903-1989) — Türkiyənin ilk qadın vəkilidir.

Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur.

1362906178 sureyya2

1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun “Pera-Palas” hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir.

Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə “Bir ömür də belə keçdi” adlı memuarında yazır: “Nəhayət, məhkəmə bitdi.

downloadff

Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı”. Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.

Sürəyya Ağaoğlu Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməlqoyucusudur. Bir sıra hüquqi məqalələrin, “Londonda gördüklərim” və “Bir ömür də belə keçdi” kitablarının müəllifidir. Sürəyyə xanım 29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində vəfat etmişdir.

Son xəbərlər
Digər xəbərlər