28 C
Baku
Saturday, July 27, 2024

Suriya danışıqlarının 7-ci mərhələsi başlayır

Suriyadakı vətəndaş müharibəsini sona çatdırmaq üçün siyasi həll axtarışlarının ən əhəmiyyətli halqası olan Suriya Konstitusiya Komitəsi danışıqlarının 7-ci turu martın 21-də başlayır.

İlk 6 raundda Bəşər Əsəd hökumətini təmsil edən nümayəndə heyətinin barışmaz rəftarına görə konkret irəliləyiş əldə edə bilməyən Suriya Konstitusiya Komitəsinin 7-ci iclası Birləşmiş Millətlər Təşkilatının (BMT) İsveçrədəki Cenevrə ofisində keçiriləcək.

Komitənin danışıqlarının 7-ci raundu ilk 6 raunddakı məyusluqdan sonra BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin sədrliyi ilə 21-25 mart tarixlərində olacaq.

BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı son hadisələrə dair məlumat verən G.Pedersen Rusiyanın Ukraynadakı hazırkı hərbi əməliyyatlarının Suriya böhranının sülh yolu ilə həllini çətinləşdirəcəyindən narahat olduğunu bildirib.

Xatırladaq ki, Konstitusiya Komitəsinin iclaslarında Əsəd hökumətini təmsil edən nümayəndə heyətinə Rusiya başçılıq edir.

Son xəbərlər
Digər xəbərlər