Sürücü (BCDE) – Azersun Holding

Sürücü (BCDE)

İş haqqında məlumat

– Yüklü və qoşqulu avtomobillərin (TİR) idarəedilməsi;
– Yüklərin təyinat məntəqəsinə (Bakı daxili, bölgələrə və ölkə xarici şəhərlərə) təhlükəsiz, əskiksiz, sağlam şəkildə və müəyyən edilmiş vaxtlarda çatdırılması;
– Ölkə xarici səfərlərə ezamla bağlı çətinliyin olmaması;
– Nəqliyyat vasitəsinə lazımi qulluğun göstərilməsi və təmiz olmasının təmin edilməsi;
– İdarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət edilməsi və ehtimal edilən hər bir texniki nasazlıq haqqında lazımi tədbirlərin görülməsi və həmin nasazlığın aradan qaldırılması.

Ümumi məlumatlar

– Ən azı orta təhsilli olmalı;
– 25-50 yaş aralığında kişi namizədlər;
– BCDE kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
– Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməli;
– Ən az 3 il sürücülük təcrübəsi olmalı;
– Ölkə xarici yükdaşımalara görə xarici pasport tələb olunur.

İş şərtləri

6 günlük iş qrafiki
İş yeri: Xırdalan şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Sürücü (BCDE)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər