26 C
Baku
Saturday, July 27, 2024

Şuşa və Ağdama avtobus marşrutlarının may ayı üçün hərəkət cədvəli

Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reysləri üzrə may ayına olan biletlər satışa çıxarılıb.

Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. May ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə biləcəklər.

Avtobus marşrutlarının may ayı üçün hərəkət cədvəli

Marşrut

May ayı üzrə səfər günləri

Bakı – Şuşa – Bakı

Cümə axşamı, çümə,

şənbə və bazar

Bakı – Ağdam – Bakı

Şənbə, bazar

Əhmədbəyli – Şuşa– Əhmədbəyli

Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə

Bərdə –  Ağdam – Bərdə

Çərşənbə axşamı

 

Son xəbərlər
Digər xəbərlər