4 C
Baku
Saturday, February 24, 2024

Şuşada elektrik avtobusları fəaliyyət göstərəcək

“Şuşa şəhərində kiçiktutumlu və elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək”.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.

O bildirib ki, Şuşada daxili küçə və yol şəbəkəsinin yenidən qurulması layihəsi ilə paralel olaraq şəhərin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi də aparılacaq: “Yol şəbəkəsinin qurulması ilə birlikdə ictimai nəqliyyat da fəaliyyətə başlayacaq. Şuşa şəhərinin qoruq olmasını və tarixi yol şəbəkəsini nəzərə alaraq onu deyə bilərəm ki, burada daha çox kiçik tutumlu və elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək”.

A.Kərimov deyib ki, Şuşa şəhəri ərazisində mövcud olan su, qaz, işıq xətlərinin hamısı yerin və səkilərin altına keçiriləcək, küçələr tam yenidən qurulacaq: “Ümumi uzunluğu 56 kilometr olan daxili küçə və yol şəbəkəsinin ilk 17 kilometrlik hissəsinin tikintisinə isə gələn il başlanılacaq. Bu yol mühəndis təminat xətləri ilə birlikdə tam yenidən qurulacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər