25 C
Baku
Saturday, July 27, 2024

‘Swedbank’ın rəhbəri vəzifədən uzaqlaşdırılıb

‘Swedbank’-ın rəhbəri olan Brigitte Bonnesen vəzifədən uzaqlaşdırılıb.. Banker.az Avropa KİV-nə istinadən xəbər verir ki, bu qərar kredit təşkilatının direktorlar şurası tərəfindən qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, daha öncə Brigitte Bonnesen (Barqitt Bonnesen) çirkli pulların yuyulmasında ittiham olunub.

“Son günlərdə baş vermiş hadisələrin inkişafı banka böyük təzyiq göstərib və bununla əlaqədar olaraq direktorlar şurası Brigitte Bonnesen-i vəzifəsindən azad edilməsinə dair qərar qəbul edib”, – direktorlar şurasının rəhbəri Lars Idemark bu məsələyə şərh bildirib.

Xatırladaq ki, bir həftə öncə ‘Swedbank’ bankının rəhbərliyi xarici auditin ilkin nəticələrini açıqlamışdı, bu isə öz növbəsində bankın pulların yuyulması əməliyyatlarının qarşısını almaq üçün lazımi tədbirləri gördüyünü təsdiq edir. Eyni zamanda, bankın idarə heyəti bununla Brigitte Bonnesen-ə olan inamını bir daha təsdiqləmiş olub.

Son xəbərlər
Digər xəbərlər