7 C
Baku
Thursday, December 12, 2024

SWIFT köçürmə: nədir və hansı məqsədlə həyata keçirilir?

SWIFT ( ingilis dilində Society for Worldwide Interbank Financial Telecommunication –Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir.

SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – məxsusdur.

Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.

Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.

Təcrübədə bu köçürmə sistemindən necə istifadə edə biləcəyimizi nəzərdən keçirək. SWIFT köçürmə sizin fiziki şəxs olduqda və öz hesabınızdan xaricdə yerləşən bank hesabına pul köçürmək istədiyinizdə mütləq olur.  Məsələn, ABŞ-a. Əgər söhbət Avropadan gedirsə, bunun üçün digər pul köçürmə vasitələri də mümkündür. Yox əgər, köçürmə uzaq ölkələr ilə bağlıdırsa bu zaman SWIFT köçürmə olmadan keçinə bilməyəcəksiniz.

Bunu etmək elə də asan deyil. Bu zaman qarşınıza çıxacaq müəyyən sayda problem var. Birinci problem – bütün bank əməkdaşlarının kifayət qədər ixtisaslı olmamasıdır. Bir çox banklarda bu köçürmə sisteminin necə işlədiyini düzgün şəkildə izah edə biləcək bir şəxs tapılmır. İkinci problem – kifayət dər yüksək dəyərdir. Onun vasitəsilə köçürməni həyata keçirdiyiniz bank sizdən xidmət haqqı olaraq komisyon haqqı tutur. Bu komisyon haqqı köçürdüyünüz məbləğin 1%-dən 4%-nə qədər ola bilər. Minimum məbləğ isə 25-40 ABŞ dolları ola bilər.

Həmçinin heç də bütün banklar vasitəçi bankın təyin etdiyi komisyon haqqı barədə məlumat təqdim edə bilmir. Axı vasitəçi bankın komisyon haqqı əlavə olaraq 15-20 ABŞ dolları təşkil edə bilər. Daha doğrusu, məsələn, müştəri 100 dollar köçürmək istədikdə xidmətdən istifadə haqqı olaraq əlavə 40-50 dollar yatırmalıdır. Lakin əgər köçürmə məbləği həddindən artıq çoxdursa, komisyon haqqı çox da yüksək olmayacaq.

Buna görə də, SWIFT köçürməni həyata keçirərkən, bank əməkdaşlarının ixtisaslılıq dərəcəsinə diqqət yetirmək lazımdır.

SWIFT şifrə– ISO 9362 standartı əsasında yaradılan və SWIFT sistemində maliyyə hesablaşmaları iştirakçılarını identifikasiya etmək üçün nəzərdə tutulmuş unikal şifrədir. Bu standarta əsasən SWIFT BIC şifrəsi özündə hərf-rəqəm kombinasiyası növünü əks etdirir:

BBBB CC LL bbb

Şifrənin hər hissəsi aşağıdakı kimi müəyyən edilir:

BBBB — maliyyə təşkilatının şifrəsi və hesablaşma iştirakçılarını identifikasiya edən unikal 4 simvollu hərfi şifrədir.

CC — ölkə kodu və  ISO 3166 standartı əsasında 2 simvollu hərfi  koddur.

LL — 0 və 1 rəqəmlərindən başqa 2 simvollu hərf-rəqəm tipli yerləşməni bildirən koddur. Cütlükdə 1 rəqəmindən istifadə olunması qeyri-fəal koda, 0 isə SWIFT şəbəkəsində işi test etmək üçün nəzərdə tutulmuş xüsusi hala işarədir.

bbb — filialın kodudur. Filiallar olmadığı təqdirdə isə XXX simvollarından istifadə edilir.

Son xəbərlər
Digər xəbərlər