10 C
Baku
Friday, December 13, 2024

“Synergy Group”in direktoru holdinqin bir şirkətinə özü rəhbərlik edəcək

“Synergy Group” MMC-yə daxil olan “Azaqro” MMC-nin direktoru Rauf Həsənov vəzifəsindən azad edilib.

Şirkətə bundan sonra holdinqin direktoru Elnur İsgəndərov rəhbərlik edəcək.

Xatırladaq ki, “Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.

Kommersiya qurumu keçmiş vergilər naziri Fazil Məmmədova bağlılığı ilə tanınır. E.İsgəndərov isə F.Məmmədovla yaxın olan Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun oğludur. O, ötən ilin dekabr ayından şirkətlər qrupunun rəhbərliyinə gətirilib.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər