Tələbələr üçün Marketinq və PR üzrə təlim keçiriləcək

Korporativ Sosial Məsuliyyət çərçivəsində “Excelsior Hotel Baku” otelinin “Əlincə” zalında 26 aprel 2014-cü il tarixində ali məktəblərin yuxarı kurs tələbələrinə Marketinq və İctimaiyyətlə Əlaqələr mövzusunda  AtaHolding ASC-nin  Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova  və “Excelsior Hotel Baku” otelinin Marketinq və Satış Departamentinin Direktoru Damla Bayık tərəfindən təlim keçiriləcək. 

Təlim əsasında Damla xanım iştirakçıları marketinqin və satış növlərinin strategiyası və həyata keçirilməsinə dair əsas prinsiplər ilə tanış edəcək. Dilarə Zamanova öz növbəsində şirkətin müsbət nüfuzunun effektiv Ictimaiyyətlə Əlaqələr işinin qurulması əsasında təmin edilməsi üzrə əsas metod və texnologiyalardan bəhs edəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları