4 C
Baku
Thursday, February 29, 2024

“Təxminən 16 min nəfəri Zəngilan rayonuna qaytarmağı planlaşdırırıq”

İşğaldan sonrakı dövrdə əhalinin sayında artım qeydə alınıb. İşğaldan qabaq Zəngilanın ümumi əhalisi 34 min nəfər olub. Bugünkü statistikaya görə isə, artıq Azərbaycanın fərqli bölgələrində 44 mindən çox zəngilanlı yaşayır.

Bunu müsahibəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

“Böyük Qayıdışın 2022-2026-cı il strategiyasına baxsaq, təxminən 16 min nəfəri Zəngilan rayonunun müxtəlif yerlərinə qaytarmağı planlaşdırırıq. Bu istiqamətlərdən biri də Zəngilan şəhəridir. Zəngilan şəhərində artıq Prezident İlham Əliyev tərəfindən yaşayış kompleksinin təməli qoyulub. Bu istiqamətdə hazırda böyük işlər görülür”, – Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər