19 C
Baku
Wednesday, May 22, 2024

Təyyarələrin içi niyə soyuq olur?

Demək olar ki, hamımız səyahət etmək üçün ən azı bir dəfə təyyarəyə minmişik. Uzun məsafələri qısaldan təyyarələrin içərisində havanın sərin olduğunu hiss etmişik. Hətta bəzən o qədər soyuq olur ki, sərnişinlər üşüyürlər. Hər kəsin ağlında həmişə eyni sual olur: Təyyarənin içi niyə belə soyuqdur? Təbii ki, bunun elmi izahı var!

Xüsusilə uzun təyyarə səfərlərində olmusunuzsa, təyyarədə üşümə hissi yaşamış ola bilərsiniz. Buna görə sərnişinlərə üstlərinə örtmək üçün yorğan da verilir. Təyyarələrin içinin niyə soyuq olduğunu heç düşünmüsünüzmü?

Banker.az xəbər verir ki, stüardessa vəzifəində çalışan Kristie Koerbel New York Times-a müsahibəsində uçuş zamanı temperaturun qəsdən aşağı salındığını deyib.Koerbel bildirib ki, məqsəd uçuş zamanı sərnişinlərin özündən getmələrinin qarşısının almaqdır.

Amerika Sınaq və Materiallar Cəmiyyəti (American Society for Testing and Materials – ASTM International) tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, insanlar təyyarədə olarkən tibbdə hipoksiya adlanan vəziyyətə görə asanlıqla huşunu itirirlər. Bədən toxuması kifayət qədər oksigen almadıqda huşunu itirmə baş verir və yüksək kabin təzyiqi və temperaturu vəziyyəti daha da ağırlaşdırır. Aviaşirkətlər isə belə halların sayını azaltmaq üçün havaya qalxdıqdan sonra kabinlərini soyutmağa qərar verərək, hipoksiya sayını azaltmağa çalışırlar.

ASTM illər əvvəl təyyarədə sərnişinlərin özündən getməsi halları ilə kabin təzyiqi – temperaturu arasındakı əlaqəni araşdırıblar. Araşdırma nəticəsində məlum olub ki,sərnişinlərin  təyyarənin içində huşunu itirmə halları yerdə olduğundan daha çox olub. Bu vəziyyətin səbəbi toxumaların kifayət qədər oksigen ala bilməməsi nəticəsində yaranan hipoksiya ilə əlaqələndirilib. Hesabatda, həmçinin, kabin təzyiqinin mövcud vəziyyəti daha da pisləşdirə biləcəyi qeyd olunur.

Nəticə olaraq deyə bilərik ki, təyyarədə yüksək temperatur sərnişinlərin özündən getmə/huşunu itirmə sayının artmasına səbəb olur. Buna görə də, hava yolları şirkətləri yüksək hərarət səbəbiylə huşunu itirmə riskini artırmaq əvəzinə, temperature dərəcəsini azaldaraq yorğan kimi isidici vasitələr təqdim etməyə üstünlük verirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər