23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Təzə Bazar” yenidənqurmadan sonra belə olacaq – FOTOLAR

Screen Shot 2021 09 02 at 14.34.20

Bildiyimiz kimi, “Təzə bazar”ın köçürüldüyü ərazi Dəmir Yolu Vağzalının yaxınlığında yeni tikilmiş yaşayış binasının altında yerləşir.

Banker.az xəbər verir ki, “Təzə Bazar” yenidənqurma mərhələsindədir və yeni fotoları təqdim edir.

Qeyd edək ki, 2000-ci ilədək dövlətin mülkiyyətində olan “Təzə Bazar” səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra səhmdar cəmiyyəti ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb.

Məlumat üçün bildirək ki, “Təzə bazar”da 751 ticarət obyekti olub, onların hamısı həmin 3 məkandan birində yerlə təmin olunacaq. Şirkət özü öz vəsaiti hesabına “Təzə bazar”ın yerində 3  hektar ərazidə müasir tələblərə cavab “Təzə bazar” inşa edəcək. Relyeflə əlaqədar tikiləcək ticarət mərkəzi Səməd Vurğun küçəsi tərəfdən ikimərtəbəli, Mərdanov qardaşları küçəsi tərəfdən isə üçmərtəbəli olacaq. Tikinti işlərinin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulub. Yeni “Təzə bazar”da ticarətçilər üçün hər cür şərait yaradılacaq. Bu gün köçürülən ticarətçilər də könüllü əsasda yenidən istifadəyə veriləcək “Təzə bazar”a qayıda biləcəklər.

tz1tz2

teze bazar

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər