9 C
Baku
Friday, December 13, 2024

Təbiət Avstriyaya 15 milyon avro ziyan vurdu

Banker.az Avstriyanın Heute nəşrinə istinadən xəbər verir ki, şimşək, tornado və digər təbiət hadisələri Avstriyanın paytaxtı Vyana şəhərinə 15 milyon avro dəyərində ziyan vurub.

Yerli medianın verdiyi məlumata görə, qolf topu böyüklüyündə olan dolu, şimşək, güclü yağış və tornado özündən sonra dağıntı izləri qoyub. Bütün bunların nəticəsində isə 15 milyon avro dəyərində zərər var.
Qeyri-sabit hava şəraitindən ən çox zərər görən sahə isə kənd təsərrüfatıdır. Belə ki, təqribən 10 min hektar kənd təsərrüfatı ərazisi yararsız hala düşüb.

Son xəbərlər
Digər xəbərlər