8 C
Baku
Friday, December 13, 2024

TƏBİB: Koronavirus ailə-ailə, müəssisə-müəssisə yayılır

“Evdə koronavirusla əlaqəli sadəcə az simptomlu vətəndaşların müşahidəsini aparmağı düşünürük. Onların xüsusi müalicəyə ehtiyacı olmayacaq. Təəssüf ki, bu gün bütün dünyada virusun spesifik müalicəsi yoxdur. Bizim istifadə etdiyimiz dərman preparatları da sırf simptomların aradan götürülməsi üçün nəzərdə tutulub. Bir mütəxəssis olaraq hər hansı dərman adı çəkə bilmərəm, yoxsa apteklərdə bitə bilər”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Əgər simptom yoxdursa, dərman istifadəsi də lazımsızdır. Nəzərə alın ki, bir dərmanın xeyri qədər ziyanı da var. Dərmanların həkim təyinatı və nəzarəti olmadan qəbulu ciddi fəsadlara gətirib çıxara bilər”, – o qeyd edib.

Y.Qarayeva bildirib ki, xəstəliyin fevralın sonundan ölkəyə xaricdən gəlməsinin qarşısını almağa nail olundu: “Sərhədi keçən hər bir vətəndaş karantinə alındı. Bu, rahat idi, çünki sırf sərhədlərdə idi. Lakin sonradan ölkə daxilində yayılması vəziyyəti qəlizləşdirdi. Təəssüf ki, vətəndaşlar qoyulan qaydalara düzgün əməl etmir. Xəstəlik bu gün ya ailə-ailə, ya da müəssisə-müəssisə yayılır”.

Son xəbərlər
Digər xəbərlər