10 C
Baku
Friday, December 13, 2024

Təbii qazın ən bahalı olduğu Avropa ölkələri açıqlanıb

Avropada ən bahalı qazı İsveç sakinləri alır. Məlumata görə, ilk beşliyə həmçinin İrlandiya, Hollandiya, Avstriya və Litva daxildir.

Belə ki, İsveçdə istehlakçılar hər kubmetr qaz üçü 2.34 dollar ödəməlidirlər.

İrlandiya, Hollandiya, Avstriya və Litvada mavi yanacağın bir kubmetri istehlakçılara 1.64 dollara başa gəlir.

Araşdırmada o da qeyd olunur ki, Avrasiyada qaza görə ən az pul ödəyən Qazaxıstan sakinləridir. Onlar hər kubmetr üçün 0.07 dollar ödəyirlər. Bu reytinqdə ikinci yeri Rusiya tutur, burada bir kubmetr qazın qiyməti 0.08 dollar təşkil edir.

Ekspertlərin qeyd etdiyi kimi, 2023-cü ildə dünyada mavi yanacağın qiymətləri 2022-ci illə müqayisədə xeyli aşağı düşsə də, uzunmüddətli orta səviyyədən yüksək olaraq qalıb.

Son xəbərlər
Digər xəbərlər