-1 C
Baku
Sunday, December 15, 2024

Təchizatçıların hesabında qalmış vəsait büdcəyə qaytarılıb

Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılan dövlət investisiyalarının auditinin nəticələrinə əsasən avans ödənişi kimi təchizatçının hesabında qalmış vəsaitin dövlət büdcəsinə qaytarılması ilə bağlı verilmiş tövsiyə ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq məbləğ təchizatçıdan geri qaytarılmaqla dövlət büdcəsinə köçürülüb.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitinin və əmlakının idarə olunmasının uyğunluq auditinin nəticələri üzrə bir sıra digər məsələlərlə yanaşı, revolver fonddan icra edilmiş sərbəst vəsaitin geri qaytarılması və hesabatlılıqda göstərilməsinə dair tövsiyə verilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hesabat ilində vəsaitin dövlət büdcəsinə bərpası və hesabatlarda əks etdirilməsi təmin edilib.

Son xəbərlər
Digər xəbərlər