Hazırda bir çox şirkətlər potensial əməkdaşlarını ilk olaraq təcrübəçi qismində sınaq müddətinə götürür. Təcrübəçinin sonrakı taleyi isə belə desək əksərən özündən asılıdır.
Yəni o işəgötürən şəxsdə yaxşı təəssüratlar yaradıb işi əldə edə, yaxud da əksinə olaraq yol verdiyi müəyyən səhvlərə görə potensial iş yerini itirə bilər.
Bəs bir təcrübəçi sınaq müddətində əsasən hansı davranışları əsas götürməli və işsiz qalmamaq üçün hansı səhvlərə yol verməməlidir? Bunun üçün Business Insider məsləhətlərini nəzərdən keçirək:
- Təcrübə müddətinə başlamadan öncə bir hissəsi olacağınız şirkət haqqında bacardığınız qədər çox məlumat əldə etməyə çalışın. Bunun üçün isə sual verməkdən əsla çəkinməyin.
- Təcrübələrin əksəriyyəti bəsit və ən adi tapşırıqların icrası ilə başlaya bilər. Lakin bu tapşırıqlar zamanla çətinləşməyə doğru gedir. Bu səbəbdən də ilk başdan bezdiyiniz ilə bağlı gileylərdən uzaq olun.
- Rəhbər və kolleqalarınızın hər hansı bir məsələdə səhv olduğunu hesab etsəniz belə, onlara hörmətlə yanaşın. Çünki onların təcrübələri hazırda sizinkindən çoxdur.
- “Avaralanmayın”. Təcrübəçi olmağınınız məsuliyyətdən uzaq olduğunuz demək deyildir.
- Həddindən artıq çox sual verməyin. Hər 10 dəqiqədən bir rəhbərə sualla müraciət etməmişdən öncə düşünün, bəlkə özünüz cavab tapa bildiniz.
- Üzərinizə bacardığınız qədər tapşırıq götürün. Qaydalara əsasən, təcrübəçilər öz imkanlarını həddindən artıq çox qiymətləndirir və tapşırığın icrası üçün qısa müddət tələb edirlər.
- Tənqiddən qorxmayın və onu ünvanınıza deyilmiş təhqir kimi qəbul etməyin.
- Gecikməyin. Hələ təcrübəçi olduğunuz bir müddətdə işə gecikmək gələcək üçün də haqqınızda mənfi fikirlər formalaşdıracaq.
- İşinizi yoxlayın. Təcrübəçilər adətən tapşırığı cəld bir şəkildə yerinə yetirməyə çalışılar. Bu səbəbdən də işinizə rəhbərə təqdim etməmişdən öncə onu yoxlamaqda fayda var.