“Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturunun avadanlığından tədqiqatçıların istifadəsinə görə ödənilən xidmət haqları” təsdiq edilib. Xidmət haqları ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarında mövcud olan tədqiqat infrastrukturlarının avadanlıqlarından istifadəyə görə 250-ə yaxın xidmət növünü əhatə edir.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.