Həftə sonu, iPhone və iPad üçün elektron sxemlərin təchizatçı şirkət, həm də Qualcomm şirkəti ilə geniş miqyaslı əməkdaşlığı olan Taiwan Semiconductor Manufacturing Company (TSMC) müvəqqəti çip istehsalı edən bir neçə fabriki zərərli proqramlar aşkar olunması səbəbiylə bağlamalı olub. Şirkət bu virusun WannaCry virusuyna analoq olduğunu hesab edir.
TSMC-yə məlumat verilib ki,yeni proqramin quraşdırıldığı anda əməliyyat səhvi nəticəsində yayılıb. Virus xüsusilə Apple istehsal edən ən öndə gedən şirkətlər- Tainan, Sincju və Taycjunun şəbəkələrində sürətlə yayılmışdır.
Bildirilir ki WannaCry analoqu olan virus məlumatlara zərər yetirməyib. İnformasiya sızıntısı da həmçinin baş verməyib.
Biz təəccüb içindəyik və şokdayıq. Biz öz alətlərimiz üçün milyonlarla PT quraşdırmışıq. Ancaq belə bir vəziyyət ilk dəfə baş verir
Si Si Vey
TSMC İcraçı Direktoru
Xatırladaq WannaCry virus ilk dəfə keçən ilin yazında məlum olub. Dünya ölkələrində Windows əməliyyat sistemi ilə çalışan bütün kompüterlər bu virusa məruz qalırdı Məlumatlara giriş əldə etmək üçün təcavüzkarlar istifadəçilərdən pul tələb ediblər.