Təhsil müəssisələrinin internet təminatına 1.7 milyon manat ayrıldı

Təhsil Müəssisələrinin internet şəbəkəsi ilə təmin edilməsinə 1.7 milyon manatdan çox vəsait ayrılıb.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil müəssisələrinin rəqəmsallaşdırılması və internet infrastrukturunun gücləndirilməsi istiqamətində layihəyə start verir.

Keçirilən tender müsabiqəsinin nəticələrinə əsasən, ölkədəki təhsil müəssisələrinin internet şəbəkəsi (rəqəmsal texnologiyalar) ilə təmin edilməsi xidmətlərinin satınalınması üzrə qalib şirkət məlum olub.

Təhsil müəssisələrinin internet şəbəkəsi ilə təmin edilməsi layihəsi üzrə keçirilən tenderin qalibi “Texno Lyuks M” MMC olub və şirkətlə 1 790 256 manat məbləğində müqavilə imzalanıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər