10 C
Baku
Wednesday, December 11, 2024

Təhsil naziri: “Təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir”

“Təhsil müəssisələrinin açılması nəqliyyatda, iş yerlərində, ailələrində virusun yayılmasına təsir edən amil kimi nəzərə almalıyıq. Amma biz onu da nəzərə almalıyıq ki, təhsil xalqın gələcəyidir və nə olursa olsun, davam etdirilməlidir”.

Bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, ən səmərəli olan təkliflər əsas götürülməlidir: “Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir”.

Son xəbərlər
Digər xəbərlər