Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2025-ci ili 327 min manat xalis zərərlə başa vurub. TKTA-nın 2024-cü ildə zərəri 178 min manat olub ki, bu da illik müqayisədə 84% artımdır.
Banker.az bu barədə 31 dekabr 2025-ci il tarixinə olan maliyyə hesabatına əsasən xəbər verir.
Qurumun əsas əməliyyat fəaliyyətindən əldə etdiyi gəlirlər illik müqayisədə 18.4% artaraq 1 milyon 245 min manatdan 1 milyon 474 min manata yüksəlib. Gəlirlərin artması ilə yanaşı, satışın maya dəyəri üzrə xərclər 5% azalıb və 1 milyon 415 min manat təşkil edib.
Hesabat dövründə qurumun digər əməliyyat gəlirləri 21.2% azalaraq 4 milyon 749 min manata düşüb. Bununla belə, Agentliyin inzibati xərcləri 13% azaldılaraq 5 milyon 899 min manatdan 5 milyon 135 min manata endirilib.






