“Təlim və inkişaf şöbəsi”nin rəisi
Əsas vəzifələr:
- Bankın təlim və inkişaf strategiyasının müəyyən edilməsində iştirak etmək;
- Bankın təlim mərkəzinin fəaliyyətini qurmaq, idarə etmək və təkmilləşdirilmək;
- Bank daxilində təlim və inkişaf ehtiyaclarını müəyyən edərək əməkdaşlar (o cümlədən menecment) üçün təlim və inkişaf proqramlarını hazırlamaq və tətbiqini təmin etmək;
- Keçirilmiş təlimlərin effektivliyinin ölçülməsinə dair qiymətləndirmə sistemini yaratmaq;
- Təlim planı üzrə nəzərdə tutulmuş müəyyən təlimləri aparmaq;
Tələblər:
- Ali təhsil;
- Təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi (iri təşkilatlarda iş təcrübəsinə üstünlük verilir);
- Lahiyələrin və tədbirlərin təşkili və idarəedilməsi sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Təlimçi kimi təcrübəyə malik olmalı;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
- Yaradıcı və təşəbbüskar olmalı;
- Azərbaycan dilini səlis, ingilis və ya rus dillərini yüksək səviyyədə bilməli;
- MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.