BANKER.AZ/ Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu həftənin son iş günü, 17 iyunda faiz dərəcələrinin parametrlərini müəyyən etmək üçün 2022-ci ilin dördüncü iclasına toplaşır. Taleh Kazımov AMB-nin sədri kimi birinci dəfə iclasda faizlərə toxunmasa da, indi yeni müavinləri ilə bu iclasda gözləmə mövqeyindən çəkilə bilər.
Elman Rüstəmovun zamanında AMB son iclasları daha çox faiz artımlarına köklənməklə, manatın alıcılıq qabiliyyətinin azalmasını, inflyasiyanın cilovlamağa nail olmaq istəyirdi.
Beləliklə, 17 sentyabrdakı iclasda AMB-nin İdarə Heyəti uçot dərəcəsini 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddini 5.75%-dən 6%-ə, yuxarı həddini isə 6.75%-dən 7%-ə, 29 oktyabrdakı iclasda uçot dərəcəsini 0.5% bəndi artırmaqla 7%-ə, faiz dəhlizinin aşağı həddini 0.25% bəndi artırmaqla 6%-ə, yuxarı həddini isə 1% bəndi artırmaqla 8%-ə, dekabrda uçot faiz dərəcəsini 7.25%-ə, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini 8.25%-ə, yanvarda isə 7.5%-ə, aşağı həddi 6%-ə və yuxarı həddi 9%-ə və uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.
38 yaşlı Taleh Kazımov 19 apreldəki iclasda faizləri dəyişməz saxladı, lakin sonuncu iclasa qədər ölkədə inflyasiya rəqəmləri 12% üzərinə çıxsa da, əhəməiyyətli şəkildə dəyişmədi və bu həmin güngü toplantıdada Mərkəzi Bank sədri tərəfindən səsləndirildi.
Mərkəzi Bank son iclasda bildirdi ki, ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımları ölkə iqtisadiyyatına inflyasiya idxalını sürətləndirsə də, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, nominal effektiv məzənnənin isə möhkəmlənməsi bu idxal inflyasiyasını əhəmiyyətli məhdudlaşdırır.
Rəsmi statistikaya görə, 2022-ci ilin yanvar-may aylarında illik inflyasiya Azərbaycanda artıq 12.6%-ə yüksəlib, mayda aylıq inflyasiya isə 0.7% təşkil edib. İllik inflyasiya ilin əvvəlindən 12.5%-ə yüksəlib, sonradan iki ay ard-arda 12.2% təşkil etmişdi.
AMB-yə görə, digər tərəfdən 2022-ci ilin sonuna pul təklifinin artım proqnozunun aşağıya doğru təshih edilməsi kəmiyyət amilləri hesabına monetar şəraiti sərtləşdirməklə inflyasiyaya azaldıcı təsir göstərir və pul siyasətinin dəyər baxımından əlavə sərtləşdirilməsinə zərurəti azaldır.
Qlobal miqyasda istər inkişaf etmiş və istərsə də inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları (Yaponiya, Avropa və Türkiyə mərkəzi bankları istisina) faizləri qiymət artımlarını cilovlamaq uğrunda sərt qaldırır.
ABŞ FED-i faizləri maydakı iclasında uçot faiz dərəcəsini 0.5%-dən 1%-ə qədər yüksəldib, ölkədə 41 ilin inflyasiya maksimumu növbəti aylarda müəyyən çərçivədə olmaqla daha da sərt qaldıracağı gözlənilir. Hətta 75 baza bəndi artırılması da artıq aktuallaşır.
Avrozonanın mərkəzi bankı da yumşaq pul siyasətindən əl çəkir. Hər nə qədər fərqli iqtisadiyatlara malik olsa Avrozonada inflyasiyanın tarixi maksimumu onu akivlərin alış proqramının dayandırılmasına və 25 baza bəndi faizlərin artımına gediləcəyini Mərkəzi Bank işarə edib.
Kanada, Avstraliya, Yeni Zelandiya, Polşa, Hindistan və s. böyük iqtisadiyyatlar faiz artımına gedib.
AMB-nin son açıqlamasına və son keçiriləcək valyuta, not hərraclarına baxdıqda Azərbaycanda monetar şəraitlə bağlı hansısa çətinlik müşahidə edilmir. May ayında və eləcə də iyun ayında valyuta hərracları 2020-ci ildən bu tərəfə ən aşağı göstəricilərlə keçir. Cari ilin ilin I rübündə tədiyə balansında 1.6 mlrd. dollar qalıq (profisit) yaranıb. AMB də bunu əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirləndiyini deyir. Hazırda isə Azərbaycan neft ixracı üzrə hasilat öhdəliyi üzrə kvotada da artım var və əlavə olaraq neftin bir barreli dünya bazarında 105-120 dollar diapazonunda dəyişir.
Requlyator faiz dəhlizinin parametrlərinə dair qərarları qlobal iqtisadiyyatda meyillər, ölkə iqtisadiyyatının və maliyyə bazarlarının bu meyillərə reaksiyası, inflyasiya proqnozunun faktla müqayisəsi nəzərə alınmaqla qəbul ediləcəyini deyib.
Banker.az Analika Qrupu pres-konfranssız keçirləcək bu iclasda ölkədə istehlak qiymətlərinin artımı və əksər Mərkəzi Bankların sərt monetar siyasətinə getiyindən Azərbaycan Mərkəzi Bankının da faiz artımına gedə biləcəyini proqnoz edir.
Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən baş bankir Taleh Kazımova yeni müavinləri təyin edilib.