10 C
Baku
Friday, December 13, 2024

Tacikistan Prezidenti əhalini 2 illik ərzaq ehtiyatı toplamağa çağırıb

Tacikistan Prezidenti Emoməli Rəhmon əhalini 2 illik ərzaq ehtiyatı toplamağa və dövlət müstəqilliyinin müdafiəsinə hazır olmağa çağırıb.

Bu barədə Mərkəzi Asiya ölkəsinin rəhbəri Ramazan ayının başlaması ilə bağlı xalqa müraciətində bildirib.

“Dünyada siyasi, hərbi, iqtisadi və sosial vəziyyətin son dərəcə gərgin, böhranlı, mürəkkəb və təhlükəli olduğu bir şəraitdə ayrı-ayrı ölkələrin müstəqilliyi və azadlığı, onların dövlətçilik strukturu məsələsi ciddi sual altındadır. Bu da hər birimizi həmrəy olmağa, dövlətin və cəmiyyətin təhlükəsizliyini təmin etməyə səsləyir. Biz həyatımızın əvəzsiz neməti olan dövlət müstəqilliyini və onun əldə etdiyi nailiyyətləri – sülhü, əmin-amanlığı, siyasi sabitliyi, milli birliyi qorumağa hər zaman hazır olmalıyıq”, – o deyib.

Dövlət başçısının sözlərinə görə, hər bir ailə özünü necə təmin edəcəyini düşünməli, mümkün qədər çox ərzaq istehsal etməli və iki il ərzində lazımi ərzaq ehtiyatı yığmalıdır.

Son xəbərlər
Digər xəbərlər