13 C
Baku
Wednesday, April 17, 2024

Tacikistandan Azərbaycana reyslər təşkil olunacaq

Bu ilin mayında Tacikistan Azərbaycana birbaşa təyyarə reysləri açmağa hazırlaşır.

Bu barədə Tacikistan Mülki Aviasiya Agentliyinin rəhbəri Dilşod Safarzoda mətbuat konfransında bildirib.

“Hazırda bununla bağlı bəzi məsələlərin razılaşdırılması üçün görüşlər keçirilir”, – o vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanla da hava əlaqələrinin açılması planlaşdırılır: “Bu, apreldə həyata keçirilə bilər”.

D.Safarzoda hansı hava daşıyıcısının fəaliyyət göstərəcəyi, reyslərin vaxtı və biletlərin qiymətinin hələ məlum olmadığını deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər