Qlobal fərdi komputer bazarı pandemiya ilə birikdə sürət qazandı. İşlərin online formata keçidi komputerlerin alış-satışını sürətləndirdi. 2023-cu ildə isə bu bazar normal vəziyyətinə qayıtmağa başladı. Aparıcı qlobal texnologiya tədqiqat şirkəti “Counterpoint”in məlumatlarında bu məsələləri müşahidə etmək mümkündür. 2023-cü ildə fərdi komputer satışında 9% azalma müşahidə olunur. HP kimi firmalar təhsil və istehlakçı tələbləri sayəsində hələ də böyüməyə davam edir. Lenevo bir çox fərdi komputer istehsalçılarını geridə qoya bildi. Dell, Apple, Asus kimi birini sinif komputer istehsalçıları isə 2023-də bir qədər çətinlik yaşayıblar. Sahədəki mütəxəssislərin ümumi fikirlərinə görə 2024-cü ildə süni intellektlə işləyən komputerlərin tədarükünün artması gözlənilir. Süni intellektlə işləyən fərdi kompüterlər süni intellektlə bağlı tapşırıqları daha səmərəli yerinə yetirə bilən xüsusi aparat və proqram təminatı ilə təchiz olunacaq. Süni intellektlə işləyən kompüterlər video, foto redaktə, oyun və elmi araşdırma kimi bir çox proqramda istifadə edilə biləcək. 2026-cı ilə qədər süni intellektlə işləyən fərdi kompüterlərin kompüter bazarındakı mövqeyi 50 faizdən çox olacağı gözlənilir.
Bəhruz Əliyev, İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının(AKTA) eksperti