-1 C
Baku
Sunday, December 15, 2024

Elnur Məmmədov

Qisa informasiya

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri (müvəqqəti olaraq)

Təhsili:

  • Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarəedilməsi ixtisası üzrə (1997-2001);
  • Azərbaycan Dövlət İqtisad Universitetində MBA magistr dərəcəsi (2001-2003);
  • Liverpul Universitetində icraçı təlim proqramı, futbolda icraçı idarəetmə (2013);
  • Stokholm Universitetində icraçı təhsil proqramı, AKA (Avropa Klub Assosiasiyası) Klub İdarəetmə Proqramı (2016-2017);
  • Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili (2003-2007);
  • İndiana Universitetində təhsil/tədris media dizaynı üzrə təhsil alıb (2004-2006).

Əmək fəaliyyəti:

  • Xalq Təsərrüfatının İdarəedilməsi İnstitutunun Kompüter tədris mərkəzində sistem mühəndisi (11 ay);
  • FİFA-da stadion, infrastruktur və İKT direktoru (məkan direktoru) (FİFA U17 Qadınlar Dünya kuboku 2021 Azərbaycan);

AFFA-da:

  •    İnfrastruktur meneceri (10 ay);
  •    Lisenziya qrupunda infrastruktur meneceri (4 il);
  •    Bakı Avro 2020 Tender Komitəsinin üzvü (infrastruktur və İKT mütəxəssisi) (1 il 3 ay);
  •    AFFA Futbol Akademiyasının meneceri (5 il 10 ay);
  •    İnfrastruktur və İKT direktoru (3 il 9 ay).
  • UEFA-da turnir direktoru (Futzal kubok finallar 2014) (6 ay);
  • UEFA-da Futzal və Çimərlik Futbolu Komitəsinin üzvü (2011-2015);
  • Avropa Klub Assosiasiyasında marketinq və kommunikasiya qrupunun üzvü (2015-2016);
  • “Neftçi” PFK-nın vitse prezidenti (7 ay);
  • “Neftçi” PFK-nın baş icraçı direktoru (1 il 6 ay);
  • Asiya Futbol Konfederasiyasında müxtəlif vəzifələrdə (5 il)
  • Azərbaycan Voleybol Federasiyasında idman departamentinin rəhbəri (3 il 6 ay);
  • SABAH qruplarında mühazirəçi (5 ay);
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri (1 il 3 ay);
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman menecmenti üzrə mühazirəçi (1 il 10 ay);
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası üzrə proqram meneceri (1 il 4 ay);
  • Qırğız Sport TV-də İdarə Heyətinin Sədri (7 ay);
  • Qırğız Futbol Birliyində marketinq, infratrukturun inkişafı və strateji planlama üzrə məsləhətçi (2 il);
  • Futbol Biznes Akademiyasında əməliyyatların idarəedilməsi üzrə mühazirəçi (3 ay).

Azərbaycan Dövlət İqtisad Universitetində:

  • Kompüter mərkəzində təhsil prosesinə texniki dəstək üzrə – texniki dəstək mühəndisi (2001-2002);
  • Elmi katibin köməkçisi (2002-2004);
  • Distant Təhsil Mərkəzində təlimatçı (2004-2009);
  • Menecment bölməsində mühazirəçi (2004-2009);
  • İqtisadçı voleybol klubunun meneceri (2008-2009);
  • Rektor köməkçisi (4 il 3 ay);
  • Müxtəlif idman federasiyalarında çalışıb;
  • Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri;
  • Qırğızıstan Respublikası (idman sahəsində);
  • AFFA-da infrastruktur və İT üzrə direktor vəzifələrində;
  • “Neftçi”nin vitse-prezidenti və icraçı direktoru (oktyabr 2014 – sentyabr 2016).

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər