10 C
Baku
Tuesday, November 26, 2024

Taleh Kazımov

Qisa informasiya

Taleh Kazımov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

 

Doğulduğu tarix

1983-cü ildə anadan olmuşdur.

Təhsili

2000–2004 –cü illər Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi”

2004–2006-cı illər isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” üzrə magistrı

2012-ci ildə “London Biznes Məktəbi”nin (Böyük Britaniya) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”)

2014-cü ildə “Harvard Biznes Məktəbi”nin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”)

Ailə vəziyyəti

Evlidir, iki övladı var.

İş təcrübəsi

2004–2006-cı illərdə “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

2007 – “PAŞA Bank“da Risklərin idarəedilməsi departamentinin meneceri kimi fəaliyyət göstərib.

2007- 2009-cu illər “PAŞA Bank“da Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsində çalışıb.

2011 – “PAŞA Bank”ın İdarə heyətinin üzvü seçilib.

2015 – 2022 – ci illərdə “PAŞA Bank”ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsində çalışmışdır.

2015 – 2018-ci illər “PAŞA Bank Gürcüstan” ASC-nin Müşahidə Şurasının üzvü seçilib.

2015 – 2019-cu illər Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar Şurasının üzvü və vitse-prezidenti olub.

2015 – 2019-cu illər “PAŞA Yatırım Bankası” A.Ş.-də Direktorlar Şurasının üzvü seçilib.

2019 – 2022-ci illərdə ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Direktorlar Şurasının üzvü olub.

13 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilmişdir.

2019-cu ildə “EMEA Finance” tərəfindən Şərqi Avropa və post-sovet ölkələri üzrə “Ən yaxşı baş icraçı direktor (The Best CEO)” mükafatı ilə təltif olunub.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər