1 C
Baku
Saturday, December 14, 2024

Yaqub Eyyubov

Qisa informasiya

Yaqub Abdulla oğlu Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Doğulduğu tarix və yer: 24.10.1945, Bakı şəhəri

Təhsili: ali, texnika elmləri doktoru, professor, Beynəlxalq Mühəndis Akademiyasının akademiki, Azərbaycan Mühəndis Akademiyasının akademiki.

Bitirdiyi təhsil müəssisəsinin adı: Azərbaycan Politexnik İnstitutu, aspirantura

Əmək fəaliyyəti:

18.02.1964-02.11.1964, Leytenant Şmidt adına Maşınqayırma zavodu;

27.11.1964-04.12.1968, ordu sıralarında xidmət;

24.10.1970-09.10.1972, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, institutun komsomol komitəsi katibinin müavini;

01.09.1972-01.01.1973, Azərbaycan Politexnik İnstitutu, baş laborant;

03.12.1973-15.11.1975, Bakı şəhəri Oktyabr rayon PK, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun partiya komitəsi katibinin müavini;

06.11.1975-06.06.1983, Azərbaycan Mühəndis-İnşaat İnstitutu, baş müəllim, dosent, dekan müavini, dekan vəzifəsini icra edən;

06.06.1983-29.02.1992, Azərbaycan Mühəndis-İnşaat İnstitutu, elmi işlər üzrə prorektor;

29.02.1992-14.03.1997, Azərbaycan Mühəndis İnşaat İnstitutu, “Qruntların mexanikası, bünövrələr və özüllər, yeraltı qurğular” kafedrasının müdiri;

15.03.1997-10.07.1999, Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, sədri;

10.07.1999-13.02.2003, Azərbaycan Respublikası Baş nazirinin müavini;

13.02.2003 – h/h, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP-ın Siyasi Şurasının üzvü, YAP Nazirlər Kabineti Aparatı Ərazi təşkilatının sədridir

Təltifləri: “Şərəf” ordeni (2015), Rusiyanın “Dostluq” ordeni (2015), Belarusun “Şərəf” ordeni (2015), “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965), V.İ. Leninin anadan olmasının 100 illiyinə görə medalı (1971).

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər