Azərbaycan ilə, Belarus, Türkəmistan və Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında olan sərəncamlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncamlar imzalayıb.
Sərəcamda qeyd edilib ki, həmin üç sərəncamın 1-ci hissəsində “Azərbaycan Respublikası Baş nazirinin birinci müavini” sözləri “Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini” sözləri ilə əvəz edilsin.
Qeyd edək ki, Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. Buna qədər sədrlik o edirdi.
Sərənamın ikinci hissəsində qeyd edilib ki, müvafiq dəyişikliklə bağlı qeyd edilən ölkələrə XİN müvafiq bildiriş verəcək.