15 C
Baku
Sunday, April 14, 2024

Tailandda fövqəladə vəziyyət gələn ilə qədər uzadıldı

Tailand hökuməti koronavirus pandemiyasına görə tətbiq edilmiş fövqəladə vəziyyətin müddətini 2021-ci il yanvarın 15-dək uzadıb.

Xarici KİV-in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin iclasından sonra hökumətin sözçüsü Anuça Burapaçaisri bildirib.

Fövqəladə vəziyyətin birdən-birə 45 günlük uzadılması qarşıdan gələn Yeni il bayramı günlərində də epidemioloji təhlükəsizlik qaydalarına nəzarət olunmasının vacibliyi ilə bağlıdır. Bütövlükdə fövqəladə vəziyyət səkkizinci dəfədir uzadılır.

Son xəbərlər
Digər xəbərlər