7 C
Baku
Sunday, December 15, 2024

Taksi üçün buraxılış vəsiqələri və taksi sifarişi operatoru fəaliyyətinə icazə 7 il müddətinə veriləcək

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqələri, o cümlədən taksi sifarişi operatoru fəaliyyətinə icazə 7 il müddətinə veriləcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər