17 C
Baku
Sunday, May 19, 2024

Taleh Kazımov: “Son 20 ildə Azərbaycan iqtisadiyyatının real həcmi 4 dəfə artıb”

Son 20 ildə Azərbaycanda həyata keçirilən təqdiredici artım strategiyası sayəsində milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15.6 dəfə artıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

“İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 41.9 dəfə artaraq 65.9 milyard ABŞ dollarına çatıb. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşib. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyyətli yüksəlib, yoxsulluq səviyyəsi xeyli azalıb”, – T. Kazımov qeyd edib.

 

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər