24 C
Baku
Friday, April 26, 2024

Taliban Əfqanıstan parlamentini buraxdı

Taliban hərəkatının nümayəndələri Əfqanıstanda bir sıra idarələri ləğv ediblər. Onlar Parlament, Milli Barışıq Ali Şurası və Milli Təhlükəsizlik Şurasının funksiyalarını icra edən Milli Məclisi buraxıblar. Qeyd olunur ki, ləğv edilən idarələr uzun müddət “məhsuldar olmayıb”.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Taliban rəsmiləri bildiriblər ki, 2022-ci ildə büdcə kəsiri 44 milyard əfqan (təxminən 504.73 milyon dollar) təşkil edəcək. Buna görə də bir sıra departamentlərin maliyyəsini kəsmək məqsədəuyğun sayılır.

İxtisarlar İnsan Haqları Komissiyası, Milli Barışıq Ali Şurası, Milli Təhlükəsizlik Şurası, Konstitusiyanın İcrasına Nəzarət üzrə Müstəqil Komissiya, parlamentin aşağı və yuxarı palatalarının Baş Katibliklərini əhatə edib.

Taliban hökumətinin sözçüsü İnnamullah Samanqani deyib ki, bu qurumlar “lazım deyil”. Onun sözlərinə görə, ölkə büdcəsi fəal və məhsuldar olan şöbələr üçündür. Lakin ehtiyac yaranarsa, ləğv edilmiş şöbələr yenidən açıla bilər.

2021-ci ilin yazında ABŞ qoşunları Əfqanıstandan çıxıb. Bunun fonunda 1996-2001-ci illərdə ölkəyə rəhbərlik edən radikal Taliban hərəkatının döyüşçüləri Əfqanıstan ordusunun mövqelərinə hücuma keçib. Avqustun 15-də islamçılar ölkənin paytaxtı Kabili işğal edərək, öz hakimiyyətlərini elan ediblər. Prezident Əşrəf Qani istefa verərək, dövlət xəzinəsindəki pulla birgə Əfqanıstandan qaçıb.

Əfqanıstanın milli valyutası olan əfqani hakimiyyəti ələ keçirdikdən sonra süqut edib. Ölkənin ABŞ-dakı ehtiyatlarının bloklanması və yeni sanksiyaların tətbiqi fonunda eniş daha da sürətlənib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər