10 C
Baku
Wednesday, December 11, 2024

Taliban Əfqanıstanın keçmiş məmurlarından $16 mln. müsadirə edib

Taliban Əfqanıstanın Pəncşir, Xost, Kabil və Loqar əyalətlərinin keçmiş məmurlarına məxsus 16 milyon dollardan çox pulu müsadirə edib.

Banker.az xəbər verir ki, vəsait Əfqanıstanın Maliyyə Nazirliyinin hesabına köçürülüb.

“Əvvəlki rüşvətxor administrasiyanın bəzi nümayədələrindən alınan pullar Maliyə Nazirliyinin xüsusi hesabına köçürülüb”, – deyə Əfqanıstan Mərkəzi Bankının verdiyi açıqlamada bildirilir.

Taliban Əfqanıstanı avqustun ortalarında ələ keçirib. Hadisədən sonra ABŞ Əfqanıstan hökumətinin ölkədəki bank hesablarında saxladığı ehtiyatları dondurub, Beynəlxalq Valyuta Fondu (BVF) isə öz növbəsində Əfqanıstan rəhbərliyinin statusu ilə bağlı aydınlıq olmadığına görə bu ölkəyə yardımını dayandırdığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər