7 C
Baku
Thursday, December 12, 2024

“Taliban” kişilərə saqqallarını qırxmağı qadağan etdi

“Taliban” terror təşkilatı Əfqanıstanda kişilərin saqqallarını qırmasını və bərbərxanalara getməsini qadağan edib.

Banker.az xəbər verir ki, silahlılar bunu islam normaları ilə izah edir.

Bildirildiyi kimi, əvvəlcə bu qadağa Əfqanıstanın cənubundakı Hilmend əyalətində tətbiq olunsa da, hal-hazırda bütün ölkəyə şamil olunur. Hilmend və Qəndəharda həmçinin musiqi ifa etmək də qadağandır.

Əfqanıstan avqustun ortalarından etibarən “Taliban”ın nəzarətindədir. Hərəkatın qurucularından biri keçən həftə bəzi cinayətlərə görə ölüm hökmü və əllərin kəsilməsi kimi cəzaları yenidən tətbiq etməyi planlaşdırdığını etiraf edib. Yeni hökumət dünya ictimaiyyətini onlara nə etməli olduqlarını deməməyə və ölkənin daxili işlərinə qarışmamağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər