14 C
Baku
Saturday, April 27, 2024

“Taliban” sözçüsünün “Twitter” səhifəsi buna görə bağlandı

“Twitter” mikrobloqlar şəbəkəsi Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının nümayəndəsi, eyni zamanda hökumətin yeni təyin edilmiş informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini tutan Zabihulla Mücahidin səhifəsinə girişi müvəqqəti olaraq məhdudlaşdırıb.

Mücahidin qohumları hesaba girişdəki məhdudiyyətin onun bazar günü günorta saatlarında Kabildə İdgah məscidi yaxınlığında baş verən partlayışın təfərrüatlarını səhifəsində yerləşdirdikdən sonra ortaya çıxdığını bildiriblər.

Qeyd edək ki, Mücahidin “Twitter” səhifəsində, bir qayda olaraq, “Taliban”ın həm Əfqanıstandakı vəziyyət, həm də xariclə əlaqələrinə dair bütün rəsmi əmr və bəyanatları yer alırdı.

MənbəUnikal.org
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər