16 C
Baku
Thursday, March 28, 2024

“Taliban”ın 34 üzvü hökumət vəzifələrinə təyin edilib

Radikal “Taliban” hərəkatı tərəfindən qurulan Əfqanıstanın müvəqqəti hökuməti 34 üzvünü hökumət vəzifələrinə təyin edib.

Müvafiq məlumat tviterdə radikalların nümayəndəsi, informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahidin səhifəsində dərc edilib.

Sənədə görə, təsdiqlənən vəzifələrin hər birinə yalnız dini titulu olan “Taliban” nümayəndələri təyin olunub: dörd qari (Quran oxuyanlar – Red), 16 molla (mədrəsə məzunları – Red) və 14 üləma (xüsusi dini təhsil almış mollalar – Red) .

Molla Əbdül Məcid Axund şəhid və əlillər naziri seçilib. Bununla da sentyabr ayında qurulan müvəqqəti hökumətin 23-cü üzvü olub. Mavlavi Əbdül Kəbir baş nazirin siyasi məsələlər üzrə müavini təyin edilib.

Mövləvi Mati ül-Haqq Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin rəhbəri olub və onun müavini vəzifəsinə isə bu yaxınlarda ölkədə ictimai edamların yenidən başladığını elan Molla Nuruddin Turabi təyin edilib.

Digər radikallar əsasən regional idarə rəhbərləri və ya onların müavinləri vəzifələrinə təyin edilib.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər