8 C
Baku
Thursday, December 12, 2024

TANAP-dan qaz ixracı 21% artdı

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Türkiyəyə 21% çox, yəni, 9 mlrd kubmetr qaz ixrac edib

Bu barədə Banker.az Energetika Nazirliyinin bu ilin 10 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 3.7 mlrd kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin noyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 7.6 mlrd kubmetr qaz nəql edilib.

TANAP – Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.tanap

Son xəbərlər
Digər xəbərlər