20 C
Baku
Saturday, May 25, 2024

TANAP vasitəsilə nəql olunan qazın həcmi açıqlanıb

İstifadəyə veriləndən Trans-Anadolu kəməri (TANAP) vasitəsilə 24 mlrd. kubmetr qaz nəql olunub.

Bunu energetika naziri Pərviz Şahbazov Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – yaşıl enerji zonası” Beynəlxalq Konfransı zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin yanvarından indiyədək Azərbaycandan Türkiyəyə 7.2 mlrd. kubmetr qaz ixrac olunub ki, bunun da 4.2 mlrd. kubmetri TANAP vasitəsi ilə nəql olunub.

Nazir onu da qeyd edib ki, bu il Azərbaycandan Türkiyəyə 10.2 mlrd. kubmetr qaz ixrac olunacaq.

Pərviz Şahbazovun sözlərinə görə, Azərbaycanın Avropaya qaz ixracının artırılması çərçivəsində Türkiyə mühüm rol oynayacaq.

 

Mənbəapa
Son xəbərlər
 ⁠
Digər xəbərlər