2 C
Baku
Saturday, December 14, 2024

Tanınmış teleaparıcı CDB Bankda

“Caspian Development Bank (CDB)”ın “Rəsmilər CDB Bank”da motivasiya və maarifləndirmə layihəsinin Fevral ayı üçün nəzərdə tutulmuş qonağı tanınmış teleaparıcı Nərgiz Cəlilova oldu. O, bankın gənc əməkdaşlarına Azərbaycan dilində səlist, nümunəvi danışmaq, nitq mədəniyyətinə yiyələnmə mövzusunda master klass keçdi, xanımlara şarm və qadın zərifliyi məsləhətləri verdi, müasir, işgüzar Azərbaycan xanımının qarşılaşdığı çətinliklərdən və onlara qalib gəlmə metodlarından söhbət açdı. Olduqca maraqlı, diskussiya şəklində keçən görüşün sonunda fəxri qonaq Nərgiz Cəlilovaya CDB Bankın “Gold” kartı hədiyyə edildi.

Qeyd edək ki, “Rəsmilər CDB Bank”da layihəsinin məqsədi ondan ibarətdir ki, ölkənin tanınmış siyasi-ictimai, elm və mədəniyyət xadimləri  banka qonaq qismində dəvət olunur və bank əməkdaşları ilə  “qalstuksuz” görüşlər keçirirək onlarla təcrübələrini bölüşür, bank sektorunun fəaliyyəti, inkişafı və s. mövzularda söhbətlər aparır. Bankın fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə, www.cdbbank.az web-saytında, həmin saytda fəaliyyət göstərən “Onlayn yardım” xidmətinə müraciət etməklə əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər