-1 C
Baku
Sunday, December 15, 2024

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən mayın 6-da qaz tədarükü üçün 345 milyon 038 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə TAP-ın elektron platformasında bildirilir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 5.9% azdır.

Kipoi çıxış nöqtəsindən mayın 7-dən 12-dək qaz tədarükü üçün 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin aprelin 30-na olan sifariş həcmi ilə müqayisədə 9.72%, mayın 1-nə olan sifariş həcmi ilə müqayisədə 9.54%, mayın 2-dən 4-dək olan sifariş həcmi ilə müqayisədə isə 9.72% azdır. Həmçinin, bu həcmlər ötən həftənin bazar günün sifariş göstəriciləri ilə müqayisədə 8.2% azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən mayın 6-dən 12-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də mayın 6-dən 12-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün mayın 6-da qaz tədarükü üçün 282 milyon 821 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 7% azdır.

Mayın 7-dən 12-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu, ötən həftənin çərşənbə axşamının göstəricisi ilə müqayisədə 10.8% azdır. Eyni zamanda bu göstərici mayın 1-ə olan göstəricisi ilə müqayisədə 10.4%, mayın 2-dən 4-nədək olan göstərici ilə müqayisədə 10.7% azdır. Həmçinin, bu həcmlər ötən həftənin bazar günün sifariş göstəriciləri ilə müqayisədə 8.8% azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər