-3 C
Baku
Sunday, December 15, 2024

TAP vasitəsilə 25 milyard kubmetr Azərbaycan qazı nəql edilib

Trans-Adriatik Boru Kəməri (TAP) kommersiya əməliyyatlarına başlayandan bugünədək Yunanıstan, Bolqarıstan və İtaliyaya 25 milyard kubmetr təbii qazı təhlükəsiz şəkildə nəql edib.

Bu barədə TAP korsorsiumun tviter səhifəsində qeyd olunub.

“Etibarlı enerji daşıyıcısı olan TAP Avropanın enerji təhlükəsizliyini daha da artırmaq üçün mərhələli şəkildə genişlənə bilər”, – korsorsium bildirir.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Tədarük 25 il üçün nəzərdə tutulub və həcmi 10 milyard kubmetrdən çox olmalıdır. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Son xəbərlər
Digər xəbərlər