18 C
Baku
Saturday, May 4, 2024

Tarixə adını böyük hərflərlə yazan treyderlər (I)

Müəllif: müstəqil treyder Rüfət Axundov

Andy Krieger

Bəşər tarixinin ən məşhur valyuta treyderlərindən söz açmaq istəyirəm. 1987-ci ildə, Black Monday (Qara Bazar ertəsi) adlanan maliyyə bazarları fəlakətindən sonra Banker Trust-in 32 yaşlı əməkdaşı Andy Krieger bazarı yaxından izləyirdi. Həmin ərəfədə, demək olar ki, bütün valyutalar dollara qarşı bahalaşmaqda idi. İnvestorlar sürətlə dolları sataraq başqa valyutalara üz tuturdular. Andy-nin ehtimallarına əsasən bu hadisə bir sıra valyutaların həddindən artıq yüksək dəyərləndirilməsinə səbəb olacaqdı. Bu isə özü-özündə “arbitraj” üçün yaxşı şəraitlər yaratmalı idi. Qeyd edim ki, arbitraj ən sadə formada desək, hər hansı bir məhsulun 2 müxtəlif mübadilə məntəqəsində qeyri-təbii və nadir rast gəlinən səbəblərdən qısa bir müddət ərzində müxtəlif qiymətlərdə olmasıdır. Cənab Krieger bu ərəfədə özünə Yeni Zelandiya dollarını hədəf olaraq seçdi. Həmin dövr üçün nisbətən yeni hesab olunan opsionlarla bağlı strategiyalarla özünü sığortalayaraq, Krieger küllü miqdarda Yeni Zelandiya dolları satmağa başlayır. Bəzi mənbələrə əsasən, onun fyuçers bazarındakı əməliyyatlarının həcmi o qədər iri idi ki, bunlar hətta Yeni Zelandiya dövlətinin milli valyuta ehtiyatlarını üstələyərdi. Hər kəsin ABŞ dollarından qaçması və dövriyyədə olan Yeni Zelandiya dolları qıtlığı bu valyutanın böyük sürətlə ucuzlaşmasına səbəb oldu. Krieger bu əməliyyatdan yüz milyonlarla qazanc götürərək bəşərin ən məşhur treyderlərindən biri kimi öz adını tarixə yazdı.

Ray Dalio – məntiq və emosiyaların savaşı

Ray Dalio Bridgewater Associates fmt1

“Watch out for people who think it’s embarrassing not to know (Bilməməyi eyib sayan insanlardan özünüzu qoruyun)” – Ray Dalio, Bridgewater Associates fondunun təsisçisi

120 milyardlıq kapital idarə edən və dünyanın ən iri hedge fondu sayılan Bridgewater Associates fondunun rəhbəri Ray Dalio.

Cənab Dalio 2012-ci il Times jurnalında dünyanın 100 ən nüfuzlu şəxsləri sırasında idi. Dalionun idarə etdiyi fond o qədər uğurludur ki, hətta bir neçə il bundan əvvəl onlar, idarə etməli olduqları vəsaitin çoxluğundan əziyyət çəkib yeni investorları qəbul etmirdilər. Qeyd edim ki, adətən hedge fondlar investorlardan onlarla işləməyi xahiş edirlər, bu məsələdə isə investorlar Bridgewater Associates fonduna onları qəbul etməyi xahiş edirdilər. Mən Ray Dalionu öz sahəsinin ən görkəmli nümayəndəllərindən biri hesab edirəm.

“Deyirlər baxışlar insan barədə çox məsələni aydınlaşdırır. Hər bir insanın həyat tərzi o insanın xarici görkəmində öz əksini tapır. Mən cənab Dalioaya baxanda nə görürəm:

Həyat qısadır, amma kifayət qədər səbirlidir. Həyat sənə 70, 80, hətta 90 illik bir ömür ayırır ki, sən hər növ qərarlarını reallaşdıra biləsən. Buna baxmayaraq, insan övladı nəyəsə görə, ona qarşı bu qədər səbirli olan bir şeyə səbirsizlik etməyi sevir. Düzdür, həyat qısa da ola bilər, amma onu olduğundan daha qısa kimi göstərən məhz bizim səbirsizliyimizdir. Səbirsizliyimiz bizi tələsməyə vadar edir. Tələskənlik isə bir çox işləri alt-üst edir və ya yarıda qoyur. Mən belə olmaq istəmirəm və belə olmayacağıma çoxdan qərar vermişəm – Bunu mənim baxışlarımda görə bilərsiniz.

Emosiyalarımızı idarə etməyi vacib sayan şəxslərdənəm. İnsan məntiqinə çətinlik yarda bilən tək mənəvi amil insan emosiyasıdır. Onlar bizə məntiqli qərar verməkdə çətinliklər yaradır, belə ki, məntiqimiz bizə hər hansısa bir qərarın təhlükəli olduğunu söylədiyi halda, tamahdan yaranan emosiyalarımız bəxtin bu dəfə bizim tərəfimizdə olduğunu söyləyir. Uğuru imza atdıqda, məntiqimiz bizə bu uğurun kökündə əsaslı araşdırmanın və hazırlığın dayandığını söylədiyi halda, özünə arxayınlıq emosiyası sən artıq yenilməzsən fikrini irəli sürür. İndi deyəcəksiniz ki, uzun illər uğurlu olduğum üçün, qazanclarım daha məni hədsiz dərəcədə sevindirmir, itkilərim isə dəhşətli dərəcədə məyus etmir. Amma unutmayın ki, mən emosiyalarıma ən əvvəldə qalib gəlməsəydim, birinci növbədə indi sizə belə düşünməyə əsas verən heç bir uğurum olmazdı. Bunu mənim baxışlarımdan oxuya bilərsiniz” – Ray Dalio

lamar hunt 1 sizedWilliam Herbert Hunt

William Herbert Hunt bir vaxtlar dünyanın ən zəngin adamlarından biri idi. William, qardaşı Nelson Bunker Huntla birgə 195 milyon gümüş unsiyası alaraq, ABŞ gümüş bazarının 60 faizini elə keçirmişdi. 1980-ci illərin əvvəllərində, onların gümüş payı 9 milyard dollar dəyərində qiymətləndirilirdi. Lakin 1980-ci ilin mart ayında, cəmi bir neçə həftə ərzində gümüşün qiyməti 80% enişə məruz qalaraq, Hunt qardaşlarını iflasa uğratdı. Treyderlər bu dövrü “Gümüş Cümə Axşamı” adlandırırlar. Həmin cümə axşamından indi 33 il keçir.

Onu da qeyd etmək istərdim ki, uzun illər sonra, Hunt yenidən zəngin bir adama çevrilib. Bu dəfə o gümüş yox, neft biznesi ilə məşğuldur.

bruce stanley kovnerBruce Stanley Kovner

14 milyard vəsait idarə edən “Caxton Associates” hedge fondunun təsisçisi Bruce Stanley Kovner.

Cənab Kovner vaxtı ilə çörəyini taksi sürücülüyü peşəsindən əldə edirdi. İndi isə onun şəxsi var dövləti 5 milyard dollara yaxın məbləğdə dəyərləndirilir. Bu insanın bazara aid bir sıra maraqlı fikirləri var. Cənab Kovner iddia edir ki “Mən heç vaxt qrafiklərə baxmayacağam – deyən fundamental yönümlü treyderlər, mən heç vaxt xəstənin hərarətini ölçməyəcəyəm deyən həkimlərə bənzəyir”. Cənab Kovnerin daha bir maraqlı sözü isə belədir: Əməliyyatlarınızda stopu risk etmək istədiyiniz dollar məbləğinə əsasən yerləşdirməyin, əksinə onları elə bir yerə yerləşdirin ki, qiymət ora çatanda, məntiqə əsasən siz bu əməliyyata daxil olma qərarınızın səhv olduğunu anlayasınız.

david elliot shaw12David Elliot Shaw

Həqiqətən bu sənət ələ bir sənətdir ki, burada hər ixtisasdan gələn insanlar uğur tapa bilir. “D. E. Shaw & Co” hedge fondunun təsisçisi – David Elliot Shaw

David ixtisasca kompüter proqram təminatçısı və eyni zamanda biokimyaçıdır. 1988-ci o, yuxarıda adı qeyd olunan fondu yaradaraq investisiya dünyasına qatılır. Bu fond, bir çoxlarından fərqli olaraq “quantitative investing” adlanan bir üsulla idarə olunur. “Quant” fondları bir qayda olaraq, olduqca mürəkkəb riyazi hesablamalara və texnoloji cəhətdən qabaqcıl vasitələrə əsaslanan üsullarla idarə olunurlar. Cənab Shaw-un yaratdığı fond çox sadə dildə desək həddindən artıq yüksək işləmə sürətinə malik kompüterlər vasitəsilə bazarlar arasında müşahidə olunan “çatışmazlıqları” aşkarlayaraq onlardan faydalanır. Hal-hazırda D. E. Shaw & Co fondu 26 milyardlıq vəsait idarə edir.

george sorosGeorge Soros

Soros Fund Managemənt LLC şirkətinin təsisçisi və dünyanın 40 ən zəngin insanından biri olan Schwartz György (George Soros)-dan bir neçə gözəl və doğru sözlər

— Qeyri-mükəmməl dərk etmə qabiliyyətinin təbii insan xüsusiyyəti olduğunu dərk etdiyimizdə, səhv etməyin heç bir eybi olmadığını dərk edə bilərik. Eyib olan yalnız səhvlərimizi düzəltmək istəməməyimizdir.

— Ümumilikdə, maliyyə bazarları proqnoz edilə bilən təbiətə malik deyillər. Bu səbəbdən insanın müxtəlif ssenarisi olmalıdır. Gələcəkdə nəyin baş verəcəyini düz proqnoz edə bilməyin mümkünlüyü, mənim maliyyə bazarlarına baxışıma ziddir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər