Taxıl Fonduna idxal olunan taxıl gömrük rüsumundan azad edildi

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

2022-ci il 29 yanvar tarixli 36 nömrəli Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədilə idxal olunan taxıl və taxıl emalı məhsulları idxal gömrük rüsumuna cəlb olunmayacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər