10 C
Baku
Thursday, December 12, 2024

“Taxıl sazişi” kommersiya sazişinə çevrilib – Lavrov

Qərbin bütün maneələrinə baxmayaraq, Rusiya gübrə və ərzaqlarının ixracı davam edir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn brifinqdə bildirib.

İyulun 17-də müddəti başa çatacaq “Taxıl sazişi”ndən danışan Lavrov qeyd edib ki, bu müqaviləyə xitam veriləcəyi təqdirdə Rusiya Federasiyası öz hesabına ən yoxsul ölkələrə lazımi həcmdə taxıl tədarükünü təmin edəcək.

Rusiya XİN başçısı “Taxıl sazişi”ndəki razılaşmalara qərb ölkələrinin riayət etmədiyini söyləyib. Bildirib ki, saziş çərçivəsində ixrac olunan taxılın çox az həcmi yoxsul ölkələrə gedib çatır. Onun sözlərinə görə, “Taxıl sazişi” kommersiya sazişinə çevrilib.

Lavrov bildirib ki, Rusiya “Taxıl sazişi”ni uzatmaq üçün heç bir səbəb görmür.

Son xəbərlər
Digər xəbərlər